Qazaxıstan ​bu il 1396 Azərbaycan vətəndaşına əmək fəaliyyəti üçün icazə verib

Qazaxıstan ​bu il 1396 Azərbaycan vətəndaşına əmək fəaliyyəti üçün icazə verib Azərbaycan işləmək üçün icazə alan vətəndaşların sayına görə üçüncü yerdə qərarlaşıb
Sənaye
11 Sentyabr , 2015 07:23
Qazaxıstan ​bu il 1396 Azərbaycan vətəndaşına əmək fəaliyyəti üçün icazə verib

Bakı. 11 sentyabr. REPORT.AZ/ 2015-ci ilin səkkiz ayı ərzində Qazaxıstanın daxili işlər orqanları tərəfindən 1396 Azərbaycan vətəndaşına əmək fəaliyyəti göstərmək üçün icazə verilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya Polisi Departamentinə istinadən "Tengrinews.kz" nəşri məlumat yayıb.

Məlumata görə, ümumilikdə 8 ay ərzində 103 min əcnəbiyə fiziki şəxs kimi əmək fəaliyyəti ilə məşğul olmaq icazəsi verilib.

Azərbaycan işləmək üçün icazə alan vətəndaşların sayına görə üçüncü yerdə qərarlaşıb. Siyahının birinci pilləsində Özbəkistan (97 min), ikinci yerində isə Tacikistan (3312 nəfər) durur.

Verilən icazələrin ümumi sayının 94,2 faizi əmək qabiliyyətli kişilərə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi