Prezident İlham Əliyev: "Azərbaycanda dəri istehsalı artmalıdır"

Prezident İlham Əliyev: "Azərbaycanda dəri istehsalı artmalıdır" "Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə edirik
Sənaye
21 Sentyabr , 2016 20:55
Prezident İlham Əliyev: Azərbaycanda dəri istehsalı artmalıdır

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Azərbaycanda dəri istehsalı artmalıdır".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Mingəçevir Sənaye Parkında ayaqqabı fabriki yaradılacaq: "Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə edirik. Demək olar ki, ya xammal kimi xarici ölkələrə aşağı qiymətlə satılır, ya da ki, məhv edilir, yandırılır və beləliklə, biz böyük gəlir itiririk. Hər bir sahə inkişaf etdikcə, onun digər sahəyə də böyük təsiri olacaq".

Son xəbərlər

Orphus sistemi