“Petlim”in rüblük investisiya xərcləri 40,5 mln. lirə olub

“Petlim”in rüblük investisiya xərcləri 40,5 mln. lirə olub "Petkim"in investisiya xərcləri isə bu dövrdə 59 mln. lirəyə çatıb
Sənaye
2651
12 May , 2017 16:06
“Petlim”in rüblük investisiya xərcləri 40,5 mln. lirə olub

Bakı. 12 may. REPORT.AZ/ Bu ilin I rübündə “Petkim”in investisiya xərcləri 58 922 147 Türkiyə lirəsi (TRY) təşkil edib.

“Report” xəbər verir ki, bu il ərzində həyata keçirilən investisiyalar fabriklərin modernləşdirilməsi, tutumun artırılması, texnoloji inkişaf, enerji səmərəliliyi, ətraf mühit sərmayələri olacaq.

Bu dövrdə “Petlim”in investisiya xərcləri isə 40 499 713 lirə olub.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub.

“Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik ümumi 3,6 mln. tonluq istehsal gücünə malikdir.

Egey bölgəsinin ən böyük limanı olan “Petlim” konteyner limanı layihəsinin I fazası ötən ilin sonunda fəaliyyətə başlayıb. Hazırda II fazanın inşaat işləri həyata keçirilir.

“Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 mln. konteyner  saxlama gücünə malik terminalın I mərhələsinin potensialı 800 min konteynerdir.

“Petlim Limancılık Ticaret A.Ş.”də “Petkim Holding” 70%, ABŞ-ın “Goldman Sachs” investisiya bankı 30% paya malikdir. 

Liman hələ layihə mərhələsində olarkən konteyner terminalı idarəçiliyində dünyanın ən uğurlu və ən böyük qrupu olan “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb. 

Son xəbərlər

Orphus sistemi