Yuxarı
    Bağlamaq

    "Petkim" rekord mənfəətlilik marjasına nail olub

    Şirkətin xalis mənfəət marjası 14-dən 16-ya yüksəlib© petkim.com.tr

    Bakı. 6 mart. REPORT.AZ/ Türkiyənin ilk və yeganə neft-kimya şirkəti olan "Petkim Holding" 2016-cı ili tarixinin ən yaxşı maliyyə göstəricilərindən birini açıqlayaraq tamamlayıb. 

    "Report"un "Petkim"in rəsmi saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ili 732 mln. lirə (199 mln. ABŞ dolları) mənfəətlə tamamlayan şirkətin xalis mənfəət marjası (satışdan əldə edilən gəlirlə maya dəyəri arasındakı fərqin satışa nisbəti) 16 təşkil edib. Xatırladaq ki, 2015-ci ilin yekununda bu göstərici 14-ə bərabər olub. 

    Hesabat dövründə "Petkim"in gəlirləri 4,533 mlrd. lirə (1,22 mlrd. dollar) təşkil edib. Şirkətin balans mənfəəti 2015-ci illə müqayisədə 33,4% artaraq 958 mln. lirə (257 mln. dollar), balans mənfəəti marjası isə 16-dan 21-ə yüksəlib. Bununla da Şirkət rekord mənfəətlilik marjasına nail olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi