“Petkim”in 9 ayda investisiya xərcləri 364 mln. lirə olub

“Petkim”in 9 ayda investisiya xərcləri 364 mln. lirə olub Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında “Petkim”in investisiya xərcləri 364 mln. lirə təşkil edib.
Sənaye
10 Noyabr , 2017 11:03
“Petkim”in 9 ayda investisiya xərcləri 364 mln. lirə olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında “Petkim”in investisiya xərcləri 364 mln. lirə təşkil edib.

“Report” bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumata əsasən xəbər verir.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır.

“Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

“Petkim”in təkmilləşmə və effektiv idarəetməsi üçün hər il 100-150 mln. dollar həcmində investisiya qoyulur.

Son xəbərlər

Orphus sistemi