​"Petkim Holding"in xalis mənfəəti kəskin artıb

​"Petkim Holding"in xalis mənfəəti kəskin artıb Buna Etilen Zavodunda istehsal həcminin artırılması və xammal qiymətlərinin aşağı səviyyədə sabitləşməsi səbəb olub
Sənaye
12 Avqust , 2015 12:43
​Petkim Holdingin xalis mənfəəti kəskin artıb

Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin "Petkim Holding"i 2015-ci ilin ilk yarısını 232,3 mln. lirə (84 mln. dollar) həcmində xalis mənfəət başa vurub. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Belə ki, keçən ilin ilk yarımilliyində Holding 55,5 mln. lirəlik xalis mənfəət əldə edib.

"Report" xəbər verir ki, bu ilin ilk rübündə 44,4 mln. lirə (16 mln. dollar) olan xalis mənfəət II rübdə 188 mln. lirəyə (68 mln.dollar) bərabər olub.

"Petkim"in baş direktoru Sadettin Korkut öz açıqlamasında bildirib ki, Etilen Zavodunda 2014-cü ildə başa çatan istehsal həcminin artırılması işləri və xammal qiymətlərinin aşağı səviyyədə sabitləşməsi yüksək mənfəətliliyə səbəb olub.

Qeyd edək ki, "Petkim"in 51%-i 30 may 2008-ci ildə "SOCAR&Turcas Petrokimya A.Ş."-yə, 2012-ci ildə isə 10,32% isə "SOCAR Turkey Energy A.Ş."-nin tərkibində olan "SOCAR İzmir Petrokimya A.Ş."-yə satılıb.

Son xəbərlər

Orphus sistemi