Yuxarı
    Bağlamaq

    “Petkim”ə yeni baş direktor müavini təyin olunub

    Bakı. 19 mart. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”ə yeni baş direktor müavini təyin edilib.

    “Report” xəbər verir ki, bu barədə Holding Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

    Məlumata görə, Dinçər Akbaba “Petkim”in layihələr və texniki xidmət üzrə baş direktor müavini təyin olunub.

    Qeyd edək ki, bundan öncə “Petkim”in layihələr və texniki xidmət üzrə müavini Bilal Quliyev olub. O, SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”də yeni vəzifəyə təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi