Yuxarı
    Bağlamaq

    “Petkim”ə 179 mln. lirə investisiya qoyulub

    Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 178,6 mln. Türkiyə lirəsi məbləğində investisiya yatırılıb.

    “Report” “Petkim Holding”in məlumatına əsasən xəbər verir ki, kompleksdə 1 521 412 ton məhsul istehsal olunub.

    Hesabat dövründə satış miqdarı 960 025 ton təşkil edib.

    Bu ilin I yarısında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 10%, satış miqdarı isə 4,5% azalıb.

    Bu il iyulun 1-nə “Petkim”də çalışanların sayı 2 472 nəfər olub. 2017-ci il 31 dekabr tarixində isə bu göstərici 2 464 nəfər təşkil edib.

    Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi