​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib

​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib ​Qanun pozuntusuna yol vermiş şəxslərə inzibati cərimələr tətbiq olunacaq
Sənaye
19 Fevral , 2015 20:09
​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.

"Report"un nazirliyə istinadən verdiyi məlumata görə, monitorinqlər zamanı Bakının Abşeron, Qaradağ, Binəqədi, Nəsimi, Xəzər, Suraxanı, Nizami və Nərimanov rayonlarında, Füzuli, Masallı, Ağsu, Qusar, Yevlax, Ağdaş, Qazax, Xaçmaz, Sabirabad, Balakən və Zaqatala şəhərlərində mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi