Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nəsimi, Binəqədi, Xətai rayonlarında, Sumqayıt, Goranboy, Ucar, Yevlax, Ağsu və Masallı şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.