Ötən il “AzerGold”un satdığı qızılın 30 %-ni Neft Fondu alıb

Ötən il “AzerGold”un satdığı qızılın 30 %-ni Neft Fondu alıb Cəmiyyət tərəfindən ötən il həyata keçirilən qızıl satışının ümumi həcminin 30 %-i Fonda satıb
Sənaye
10 Fevral , 2021 12:35
Ötən il “AzerGold”un satdığı qızılın 30 %-ni Neft Fondu alıb

2020-ci ildə “AzerGold” QSC hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində fəaliyyətini davam etdirib.

Bu barədə “Report”a “AzerGold” QSC-dən məlumat verilib.

Bildirilib ki, ötən il də şirkət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən alışı təşkil edilib.

Məlumata görə, 2020-ci ildə Fonda 17,9 min unsiya saf qızılın satışı həyata keçirilib ki, bu da Cəmiyyət tərəfindən ötən il həyata keçirilən qızıl satışının ümumi həcminin 30 %-i təşkil edir.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Son xəbərlər

Orphus sistemi