Yuxarı

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Ötən il istehsal edilmiş məhsulun həcmi 433,7 milyon manat təşkil edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı artıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilir.

Məlumata görə, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun həcmi 6,3 faiz artaraq 433,7 milyon manat təşkil edib. Sementin istehsalı 2,4 faiz, tikinti əhənginin istehsalı 17,5 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 1,8 dəfə artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi