"Neftmaş-Tikinti" ləğv edilir

"Neftmaş-Tikinti" ləğv edilir Bakı. 1 avqust. REPORT.AZ/ Avqustun 26-da Neftmaş-TikintiASC-nin səhmdarları toplaşacaq.
Sənaye
407
1 Avqust , 2018 08:25
Neftmaş-Tikinti ləğv edilir

Bakı. 1 avqust. REPORT.AZ/ Avqustun 26-da "Neftmaş-Tikinti"ASC-nin səhmdarları toplaşacaq. 

"Report" xəbər verir ki, ümumi yığıncaq səhər saat 11:00-da qurumun Dərnəgül şossesi 2082-ci məhəllə ünvanında keçiriləcək.

Yığıncağın gündəliyinə iki məsələ daxildir. Onlardan birincisi "Neftmaş-Tikinti"nin istifadəsində olan dövlət mülkiyyətindəki torpaq sahəsinin özəlləşdirilməsi və ya cəmiyyət tərəfindən icarəyə götürülməsinin mümkünlüyü barədədir.

Digər məsələ isə qurumun Nizamnaməsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Cəmiyyətin ləğvinin həyata keçirilməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi