Neftçalada Sənaye Məhəlləsinin inzibati binasının tikintisi davam edir

Neftçalada Sənaye Məhəlləsinin inzibati binasının tikintisi davam edir Azərbaycanın digər rayonlarında da bu cür sənaye məhəllələrinin yaradılması ilə bağlı araşdırmalar aparılır
Sənaye
13 Yanvar , 2016 17:10
Neftçalada Sənaye Məhəlləsinin inzibati binasının tikintisi davam edir

Bakı. 13 yanvar. REPORT.AZ/ Neftçalada Sənaye Məhəlləsinin fəaliyyəti üçün nəzərdə tutulan inzibati binanın tikinti işləri aparılır. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, ümumi sahəsi 7 779 kv.metr, 4 ədəd istehsal bloku və bütün zəruri infrastrukturu olan bu binanın tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub.

Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılan 10 ha torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14 908 kv.m olan 8 ədəd istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək.

Eyni zamanda, hazırda Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlarla danışıqlar aparılır. Artıq 18 layihə Azərbaycan İnvestisiya Şirkətinə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.

Azərbaycanın digər rayonlarında da bu cür sənaye məhəllələrinin yaradılması ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi