Naxçıvanda 384 növdə məhsul istehsal olunur

Naxçıvanda 384 növdə məhsul istehsal olunur Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir
Sənaye
21 Avqust , 2021 13:36
Naxçıvanda 384 növdə məhsul istehsal olunur

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur.

“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Son xəbərlər

Orphus sistemi