Yuxarı
    Bağlamaq

    Naxçıvan Muxtar Respublikasında ÜDM-in istehsalı artıb

    Bu il 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunub

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 602 milyon 760 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

    "Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 3593,6 manata çatıb.

    Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 690 milyon 988 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,7 faiz üstələyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi