Naxçıvan iqtisadiyyatı 0,7% böyüyüb

Naxçıvan iqtisadiyyatı 0,7% böyüyüb Sənaye məhsullarının istehsalı isə 1% artıb
Sənaye
163
11 Sentyabr , 2020 10:42
Naxçıvan iqtisadiyyatı 0,7% böyüyüb

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında 1 mlrd 840 mln 976 min manat həcmində ümumi daxili məhsul istehsal edilib.

“Report”un yerli Dövlət Statistika Komitəsində istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 0,7% çoxdur.

Bu ilin 8 ayı ərzində muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 3 min 999,5 manat olub ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bu müddət ərzində muxtar respublikada sənaye məhsullarının istehsalı 758 mln 415,7 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 1% çoxdur.

Son xəbərlər

Orphus sistemi