Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 22% artıb

Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 22% artıb Qurumun aktivləri isə 9% azalıb
Sənaye
10 May , 2017 09:00
Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 22% artıb

Bakı. 10 may. REPORT.AZ/ “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,194 mln. manat təşkil edib.

“Report”Mərkəzin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,7% azdır.

2017-ci ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi” uzunmüddətli aktivləri 9% azalaraq 7,097 mln. manat, cari aktivləri isə təxminən 20% artaraq 97 min manat olub.

Hesabat dövründə Mərkəzin cəmi öhdəlikləri 33,3% azalaraq 24 min manata, cəmi kapitalı isə 8,6% azalaraq 7,17 mln. manata düşüb.

2016-cı ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin gəlirləri 9 min manat (2015-ci ilə nisbətən 6,7% az), xidmətlərinin maya dəyəri 104 min manat (9,7% çox), ümumi və inzibati xərcləri isə 1,596 mln. manat (23,2% çox) təşkil edib. Son nəticədə ötən il qurumun zərəri 1,69 mln. manat olub. Bu isə əvvəlki illə müqayisədə 22,5% çoxdur.

Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi