Milli Məclisin üzvləri Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olublar

Milli Məclisin üzvləri Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olublar Deputatlar ərazinin rezidentlərinin fəaliyyəti ilə əyani tanış olublar
Sənaye
6 Oktyabr , 2017 17:07
Milli Məclisin üzvləri Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olublar

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri bu il sentyabrın 24-də açılışı olmuş Neftçala Sənaye Məhəlləsində olublar. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, Nazirliyin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib. Sonra millət vəkilləri ərazinin rezidentlərinin fəaliyyəti ilə əyani tanış olublar. 

Bildirilib ki, Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25%-lik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Müəssisənin ildə 2 min avtomobilin ixracı planlaşdırılır. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən balıq yemi istehsalı müəssisəsinin illik istehsal gücü 25 min tondur. Müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 mln. manat investisiya yönəldilib. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Sumqayıt Kimya Sənaye Parkında, Balaxanı Sənaye Parkında və “Yalama Aqroparkı”nda da olublar.

Son xəbərlər

Orphus sistemi