“Mercedes” ancaq elektromobil istehsal edəcəyi tarixi açıqladı

“Mercedes” ancaq elektromobil istehsal edəcəyi tarixi açıqladı Proqnozlara əsasən 2025-ci ilə kimi satışların 50 %-ni (əvvəlki proqnoz 25 % idi) elektrikli və hibrid avtomobillər təşkil edəcək
Sənaye
107
22 İyul , 2021 17:58
“Mercedes” ancaq elektromobil istehsal edəcəyi tarixi açıqladı

“Daimler” konserninə daxil olan Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” 2030-cü ilə kimi tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildən 2030-cu ilə kimi elektomobillərə bütövlükdə 40 milyard avrodan çox investisiya olunacaq.

Qeyd edilir ki, 2022-ci ilə kimi bütün seqmentlərdə “Mercedes-Benz”in avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.

Proqnozlara əsasən 2025-ci ilə kimi satışların 50 %-ni (əvvəlki proqnoz 25 % idi) elektrikli və hibrid avtomobillər təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi