MDB ölkələri üzrə sənaye təhlükəsizliyi sammiti keçiriləcək

MDB ölkələri üzrə sənaye təhlükəsizliyi sammiti keçiriləcək Tədbirin keçirilməsində əsas məqsəd əməyin təhlükəsizliyinin sabit səviyyədə saxlanılmasını dəstəkləməkdir
Sənaye
14 İyul , 2015 17:55
MDB ölkələri üzrə sənaye təhlükəsizliyi sammiti keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ Oktyabrın 6-7-də Sankt-Peterburq şəhərində (Rusiya) MDB və Rusiya II Sənaye Təhlükəsizliyi Sammiti keçiriləcək. "Report"un məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd əməyin təhlükəsizliyinin sabit səviyyədə saxlanılmasını dəstəkləməkdir.

Sammitdə əsasən Rusiya Əmək Nazirliyi ilə qanunvericiliyə dəyişikliklər müzakirə ediləcək, həmçinin müəssisələrdə "təhlükəsizlik mədəniyyəti"nin reallaşdırılması, podratçı şirkətlərlə əməkdaşlığın səmərəliliyinin təmin edilməsi, qəzaların və iş yerlərindəki xətaların araşdırılması, "Pepsi Co.", "Nordgold" və "Drees&Sommer" şirkətlərinin üstün təhlükəsizlik təcrübələri və başqa mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, tədbirin əsas təşkilatçısı qismində Slovakiyanın "Fleming Europe" şirkəti çıxış edir. İlk analoji tədbir bu il aprelin 15-16-da Bakıda keçirilib və orada "Report" İnformasiya Agentliyi sammitə informasiya dəstəyi verib. 

Son xəbərlər

Orphus sistemi