Yuxarı

MDB-də ötən il sənaye istehsalının azalması müşahidə olunub

Ötən ilin dekabr ayında istehlak qiymətləri illik müqayisədə 16% artıb

Bakı. 16 fevral. REPORT.AZ/ Ötən il ərzində MDB ölkələrində 2014-cü illə müqayisədə sənaye istehsalının həcmi 3,3% azalıb. "Report" Qazaxıstanın "Zakon.kz" saytına istinadən xəbər verir ki, bu barədə MDB Statistika Komitəsinin məlumatında qeyd olunub.

MDB ölkələrində ötən ilin dekabr ayında istehlak qiymətləri 2014-cü ilin dekabrına nisbətən 16,1% artıb. 2014-cü ilin dekabr ayında isə əvvəlki ilin analoji ayı ilə müqayisədə 12,2% artım qeydə alınıb.

Sənayenin istehsalçı qiymətləri  2014-cü ilin dekabr ayına nisbətən 10,8% artıb. 2014-cü ilin dekabrında isə əvvəlki ilin dekabr ayına nisbətən artım 7,3% olub.

                                                                                                              2015-ci ilin 2014-cü ilə nisbəti (%-lə)

ÜDM
(sabit
qiymət.)
Sənaye
istehsalı
(sabit
qiymət.)
Əsas
 kapitala
investisiyalar
(sabit 
qiymət.)
Yük daşımaları
(boru kəmərləri
istisna olmaqla)
Pərakəndə
ticarət dövriyyəsi
(sabit
qiymət.)
Sənayedə
istehsalçı
qiymətləri
indeksi
Sənayedə
istehlak
qiymətləri
indeksi
Azərbaycan 101,1 102,4 88,9 100,6 110,9 94,0 107,6
Ermənistan 103,5 1) 105,2 100,3, 102,2 90,1 92,3 99,9
Belarus 96,1 93,4 84,8 93,5 100,2 116,0 112,0
Qazaxıstan 101,2 1) 98,4 103,7 99,7 99,6 95,2 113,6
Qırğızıstan 103,5 95,6 108,0 102,7 106,0 112,1 103,4
Moldovа 100,5 1) 100,0 3) 96,6 1) 81,7 92,7 3) 7) 109,0 113,6
Rusiya 96,3 96,6 91,6 97,1 90,0 110,7 112,9
Tacikistan 106,0 111,2 121,2 103,8 105,5 103,0 105,0
Türkmənistan 107,5 1) - 108,2 1) 104,6 119,2 8) 9) - -
Özbəkistan 108,0 107,3 1) 109,9 1) 104,3 1) 10) 115,1 8) - 105,6
Ukrayna 92,8 4) 86,6 94,0 1) 5) 88,0 79,3 125,4 143,3
MDB üzrə ümumi 97,0 96,7 93,3 97,6 91,3 110,8 116,1
2014-cü ilin 
2013-cü ilə
nisbəti
(MDB üzrə)


100,9

101,0

97,4

99,7

102,2

107,3 11)

112,2 11)

1) 2015-ci ilin yanvar-sentyabr aylarının 2014-cü il yanvar-sentyabr aylarına nisbəti;

2) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq;

3) 2015-ci ilin yanvar-noyabr aylarının 2014-cü il yanvar-noyabr aylarına nisbəti;

4) 2015-ci ilin III rübünün əvvəlki ilin analoji dövrü ilə müqayisəsi;

5) Qeyri-maddi aktivlərə investisiyalar daxil olmaqla;

6) 2015-ci ilin dekabr ayının 2014-cü il dekabr ayına nisbəti;

7) avtomobil və motosiklet nəzərə alınmadan müəssisələrin satışdan gəliri;

8) qida müəssisələrinin dövriyyəsi daxil olmaqla;

9) cari qiymətlərlə;

10) boru kəmərləri ilə nəqletmə nəzərə alınmaqla;

11) 2014-cü ilin dekabr ayının 2013-cü ilin dekabr ayına nisbəti.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi