Yuxarı

Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 30-dək sahibkar müraciət edib

1400-ə yaxın yeni iş yeri yaradılacaq

Bakı. 14 iyun. REPORT.AZ/ Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün hazırda 30-dək sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edib. 

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 1400-ə yaxın yeni iş yeri yaradılacaq.

"Bu gün 15 investisiya sənədi veriləcək ki, onlar da Azərbaycan iqtisadiyyatına ümumilikdə 160 mln. manat sərmayə qoyulmasına və 1400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək", - Ş.Mustafayev deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi