Yuxarı
    Bağlamaq

    Lukaşenko: "Azərbaycan konyakı Belarusda məşhurdur"

    Buyurun, gəlin, biz sizin üçün bazar açarıq

    Bakı. 29 noyabr. REPORT.AZ/ "Bizim vətəndaşlar Azərbaycan şərablarını tanıyırlar, Azərbaycan konyakı Belarusda məşhurdur".

    "Report" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

    "Şərabçılıq sənayesi fəal inkişaf edir. Mən prezidentə demişəm, bizim vətəndaşlar Azərbaycan şərablarını tanıyırlar, sizin konyak Belarusda məşhurdur. Buyurun, gəlin, biz sizin üçün bazar açarıq. Siz öz məhsullarınızı satın. Sizdə üzüm sahələrinin genişləndirilməsi də çox şeydən xəbər verir. Bizim bazar elədir ki, siz gəlib bu bazarda öz evinizdə, Azərbaycanda olduğu kimi işləyə bilərsiniz".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi