Yuxarı
    Bağlamaq

    Lənkəran Dəmir-Beton Zavodu səhmdarlarına hesabat verəcək

    Müəssisənin səhmdarlarının yığıncağı Bakıda olacaq

    Bakı. 6 may. REPORT.AZ/ İyunun 23-də, saat 10:30-da “Lənkəran Dəmir-Beton zavodu” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

    “Report” xəbər verir ki, bu barədə müəssisənin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, yığıncaq zavodun Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, 3097-ci məhəllədə yerləşən inzibati binasında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin illik balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması məsələsi daxildir.

    Xatırladaq ki, “Lənkəran Dəmir-Beton zavodu” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 392076 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi