Yuxarı

​“Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər” mövzusunda təlim keçirilib

Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 14-də “Korporativ sosial məsuliyyət. Maraqlı şəxslər” mövzusunda keçiriib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ sosial məsuliyyətin mahiyyəti və əhəmiyyəti, onun əhatə etdiyi sahələr, maraqlı şəxslər, şəffaflıq prinsipinin reallaşdırılması, məlumatların açıqlanması və başqa məsələlər barədə məlumat verib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı indiyədək 38 istiqamət üzrə 8 təlim keçirilib.

Xatırladaq ki, korporativ prinsiplərin tətbiqi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə dair təlimlər keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi