Kənd təsərrüfatı məhsulllarının istehsalçı qiymətləri artıb

Kənd təsərrüfatı məhsulllarının istehsalçı qiymətləri artıb Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,4% qalxıb
Sənaye
13 Yanvar , 2017 19:01
Kənd təsərrüfatı məhsulllarının istehsalçı qiymətləri artıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0%, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5% qalxıb. Ay ərzində bitkiçilik məhsullarından buğdanın, arpanın, kartofun, xiyarın, xurmanın, narın, naringinin, armudun, heyvanın istehsalçı qiymətində artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında heyvandarlıq məhsullarından südün, mal ətinin, qoyun ətinin, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Son xəbərlər

Orphus sistemi