Bakı. 6 may. REPORT.AZ/
Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, reallaşdırılan beynəlxalq layihələr, Karbamid Zavodunun tikintisinin dövlət əhəmiyyətli layihə olması barədə ətraflı məlumat verilib. Karbamid Zavodu və “Azərikimya” İB-nin nümayəndələri tikiləcək müəssisənin ölkə iqtisadiyyatında rolu, yeni iş yerlərinin açılması, istehsal olunacaq karbamid gübrəsinin kənd təsərrüfatında tətbiqi imkanları, layihənin texniki hissəsi, o cümlədən baş planı və istehsalat proseslərinin texnoloji sxemi haqqında təqdimat keçiriblər.
Ekologiya İdarəsinin mütəxəssisləri Zavodun tikintisi və istismarı dövrü üzrə hazırlanmış ƏMTQ sənədinin məqsədi, bu sahədə yerli və beynəlxalq qanunvericilik, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, layihə ərazisinin flora və faunası, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib. İctimai dinləmədə verilmiş rəy və təkliflər nəzərə alınmaqla ƏMTQ sənədinin yekun variantı hazırlanacaq və razılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək.




