“KamAZ” "Araz Vadisi İqtisadi Zonası”nda tikinti işlərinə hazırlaşır

“KamAZ” "Araz Vadisi İqtisadi Zonası”nda tikinti işlərinə hazırlaşır Rusiyaya məxsus “KamAZ” ASC yaxın vaxtlarda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tikinti işlərinə başlayacaq.
Sənaye
6 İyul , 2022 15:33
“KamAZ” Araz Vadisi İqtisadi Zonası”nda tikinti işlərinə hazırlaşır

"Kamaz Lizinq Azərbaycan" MMC yaxın vaxtlarda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında tikinti işlərinə başlayacaq.

Bunu "Report"a İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.

"Artıq Sənaye Parkının ərazisi minalardan təmizlənib, ərazidə mobilizasiya sahəsinin yaradılması başa çatmaq üzrədir", - deyə o, qeyd edib.

Xatırladaq ki, “KamAZ”la “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Cəbrayılda birgə servis mərkəzi yaratmağı planlaşdırır. Onun ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti - "Kamaz Lizinq Azərbaycan"ı ötən il dövlət qeydiyyatına alıb. Yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 2, nizamnamə kapitalı 1 699 000 manat (təxminən 1 milyon ABŞ dolları), qanuni təmsilçisi isə Rofel Qasım oğlu Qurbanovdur.

Son xəbərlər

Orphus sistemi