Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 3,5% artıb

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 3,5% artıb Ölkə iqtisadiyyatına dörd ayda 4,9 mlrd. manata yaxın sərmayə yatırılıb
Sənaye
16 May , 2015 16:15
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 3,5% artıb

Bakı. 16 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 4868,6 mln manat vəsaitin 77,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,5%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 9,9% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 3333,8 mln manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 1534,8 mln manat vəsait yönəldilib, ümumi sərmayənin 31,2%-i dövlət, 68,8%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 58,0%-ni əhatə edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3381,0 mln manat, bank kreditləri 213,6 mln manat, büdcə vəsaitləri 997,1 mln manat, büdcədənkənar fondların vəsaitləri 96,1 milyon manat, əhalinin şəxsi vəsaitləri 130,1 milyon manat, sair vəsaitlər 50,7 milyon manat təşkil etdib.

Bu müddətdə neft bölməsinə 2100,7 mln manat həcmində vəsait yönəldilib. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş 2767,9 mln manatlıq vəsaitin 374,7 mln manatı qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 51,5 faizi qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi