Hacıqabul Sənaye Məhəlləsində izolyasiya materiallarının istehsalı zavodunun təməli qoyulub - ƏLAVƏ OLUNUB

Hacıqabul Sənaye Məhəlləsində izolyasiya materiallarının istehsalı zavodunun təməli qoyulub - ƏLAVƏ OLUNUB İlk xəbər saat 17:26-da verilib
Sənaye
177
9 Dekabr , 2019 17:43
Hacıqabul Sənaye Məhəlləsində izolyasiya materiallarının istehsalı zavodunun təməli qoyulub - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 17:26-da verilib

Bu gün İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penoplekst SPB" şirkətinin izolyasiya materiallarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, təməlqoyma mərasimində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Rusiyadan olan həmkarı Azər Talıbov, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, baş ofisi Sankt-Peterburq şəhərində yerləşən Rusiya şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Onun fəaliyyət sahələri əsasən polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ tətbiqi materiallar istehsalıdır. Şirkət 11-ci zavodunu Azərbaycanda açacaq. Belə ki, hazırda müəssisənin Rusiyada 8, Qazaxıstanda 1, Özbəkistanda da 1 zavodu fəaliyyət göstərir.

Ərazisi 7 hektar olacaq Azərbaycandakı zavoda 6,6 milyon manat investisiya qoyulacaq. Onun məhsullarının əsas satış bazarı Azərbaycanla yanaşı, qonşu Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.

Zavod 2021-ci ilin birinci rübündə təhvil veriləcək.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Məhəllənin ümumi ərazisi 20 hektar, əsas layihə istiqamətləri ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları müxtəlif təyinatlı gübrələr müxtəlif plastik qablar, balıq yemi polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalıdır. Məhəllədə olan layihələrin ümumi dəyəri 60,95 milyon manatdır. 

***

Azərbaycan və Rusiya rəsmiləri Hacıqabul Sənaye Məhəlləsində bu il təməli qoyulmuş, "Azərmaş" ASC və Rusiyanın "Qaz Qrup" şirkətinə məxsus, kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunda aparılan tikinti işləri ilə də tanış olublar. Qeyd edək ki, bu zavodun investiya dəyəri 14 milyon manatdır. Zavodda ildə 1 000 ədəd "Qazel", "Qazel Biznes", "Qazel Next" markalı avtomobillərin istehsalı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi