Naxçıvanda I yarımildə 572 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Naxçıvanda I yarımildə 572 milyon manatlıq sənaye məhsulu istehsal olunub Bu ilin I yarısında Naxçıvan MR-da 572,25 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Sənaye
27 İyul , 2021 09:38
Naxçıvanda I yarımildə 572 milyon manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin I yarısında Naxçıvan MR-da 572,25 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

6 aylıq sənaye məhsulunun 94,8 %-i malların, 5,2 %-I isə xidmətlərin payına düşüb.

İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 % təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Son xəbərlər

Orphus sistemi