Yuxarı

İtaliyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək

Səfər zamanı SOCAR və Maire Tecnimont arasında müqavilə imzalanacaq

Bakı. 13 aprel. REPORT.AZ/ İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi aprelin 14-də Azərbaycana səfərə gələcək. "Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı F.Quidi Azərbaycan və İtaliya arasında ikitərəfli iqtisadi münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək. 

Həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Maire Tecnimont" şirkəti arasında Sumqayıt şəhərində polipropilen istehsalı zavodunun tikintisi haqqında müqavilə imzalanacaq. Müqavilənin dəyəri 350 mln. avro təşkil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi