Yuxarı

İsveçrənin "Sika" şirkəti Azərbaycana sərmayə yatırmaq niyyətindədir

Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almaq istəyir

Bakı. 10 mart. REPORT. AZ/ İsveçrənin "Sika" şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almaq istəyir. "Report" xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın VII iclası zamanı bildirilib. 

"Sika" şirkəti tikinti qarışıqlarının istehsalı ilə məşğul olmaq niyyətindədir. Şirkət ilkin olaraq 5 mln. dollar həcmində sərmayə yatırmağı planlaşdırır.

"Sika" İsveçrədə tikinti sahəsində fəaliyyət göstərir, tikinti qarışıqları sektoru üzrə ixtisaslaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi