Yuxarı
    Bağlamaq

    ​İstehlak Mallarının Ekspertizası Mərkəzinə yeni direktor təyin olunub - FOTO

    Fazil Məmmədov bu təyinata qədər İqtisadiyyat və Sənaye Nazirliyi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) yeni təyinat olub. “Report”un xəbərinə görə, Fazil Məmmədov İSN-in İstehlak Mallarının Ekspertizası Mərkəzinə direktor təyin edilib.

    45 yaşlı F.Məmmədov bu təyinata qədər İSN Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.

    Qeyd edək ki, İstehlak Mallarının Ekspertizası Mərkəzinin əvvəlki direktoru Vüqar Əhmədov olub. O, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi