İranlı sahibkarlar Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər

İranlı sahibkarlar Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər Nümayəndə heyətinə Araz Azad Ticarət və Sənaye Zonasının icraçi direktoru Mohsen Ərəbaği başçılıq edəcək
Sənaye
5 Oktyabr , 2015 19:32
İranlı sahibkarlar Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər

Bakı. 5 oktyabr. REPORT.AZ/ İranın Araz Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyəti oktyabrın 6-da Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

İranın Naxçıvandakı baş konsulluğundan “Report”a verilən məlumata görə, bununla bağlı baş konsul Mansour Airom diplomatik nümayəndəliyin və zonanın məsul şəxslərinin iştirakı ilə iclas keçirib.

Baş konsul Naxçıvanla Araz Azad Ticarət və Sənaye Zonası arasında iqtisadi-ticari əlaqələrin artırılmasının vacibliyini qeyd edərək, hər iki tərəfin iqtisadi və ticari sahələrdə geniş imkanlara malik olduğunu bildirib. Onun sözlərinə görə, hər iki tərəfin holdinq sahibləri və iş adamları bu potensialdan istifadə etməlidirlər: “Qarşılıqlı ixracatın artırılması və sahibkarlara dəstək məqsədilə əlimizdən gələni edərək mövcud maneələri aradan qaldırmağa çalışırıq”.

Qeyd edək ki, Araz Azad Ticarət və Sənaye Zonasının icraçi direktoru Mohsen Ərəbağinin başçılıq etdiyi 27 nəfərlik nümayəndə heyəti oktyabrın 6-7-də Naxçıvana səfər edəcək. Səfər zamanı Naxçıvan MR iqtisadiyyat və sənaye naziri, mədəniyyət və turizm naziri, Gömrük Komitəsinin sədri ilə görüşlər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi