Bakı. 15 sentyabr. REPORT.AZ/ İranın sənaye və mədənlər nazirinin müavini Mehdi Karbasian Azərbaycana gələcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin "Report"a verdiyi məlumata görə, səfər sentyabrın 16-da baş tutacaq.
Səfər zamanı İran rəsmisi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşəcək. Bakıdakı görüşlər zamanı mədənlərin işlənməsi və sənayenin inkişafı ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.