Yuxarı

İranın sənaye, mədənlər və ticarət naziri Azərbaycana səfər edəcək

Məhəmməd Rza Nemətzadə Sumqayıt Texnoloji Parkına baş çəkəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ İranın sənaye, mədənlər və ticarət naziri Məhəmməd Rza Nemətzadə Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər noyabr ayının 26-27-də baş tutacaq. 

Səfəri çərçivəsində M.R.Nemətzadə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək. 

Bundan başqa, iranlı nazir noyabr ayının 26-27-də Bakıda keçiriləcək sənaye konfransında iştirak edəcək və Sumqayıt Texnoloji Parkına da baş çəkəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi