Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat və Sənaye Nazirliyi “Elektron sənəd dövriyyəsi” sistemini təqdim edib

    DocNet-in tətbiqi nəticəsində kağız və digər müvafiq dəftərxana ləvazimatlarına tələbat aradan qalxıb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyində “Elektron sənəd dövriyyəsi” sisteminin (DocNet) ictimaiyyət üçün təqdimatı keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, DocNet sisteminin ilk dəfə olaraq tətbiq edildiyi qurumlardan olan İqtisadiyyat və Sənaye Nazirliyində keçirilmiş tədbirdə dövlət qurumlarının, bank və digər təşkilatlarının bu sahəyə məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

    İqtisadiyyat və Sənaye Nazirliyinin strukturlarında DocNet sisteminin tətbiqi nəticəsində kağız və digər müvafiq dəftərxana ləvazimatlarına tələbat aradan qalxıb, sənəd dövriyyəsində operativlik və vaxta qənaət, icra intizamının daha da möhkəmləndirilməsi təmin edilib.

    Tədbirdə iştirakçılar “Elektron sənəd dövriyyəsi” sistemi vasitəsilə sənədlərin avtomatlaşdırılmış idarə olunması, o cümlədən qeydiyyatı, dövriyyəsi və icraatın başa çatdırılması prosesi ilə əyani şəkildə tanış olub, DocNet sisteminin tətbiqi ilə bağlı suallar cavablandırılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”na uyğun olaraq, “Elektron sənəd dövriyyəsi” sistemi İqtisadiyyat və Sənaye Nazirliyində 2010-cu ildən uğurla tətbiq edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi