Azərbaycanın iqtisadiyyat və sənaye naziri SSBK Rəyasət Heyətinin üzvləri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri SSBK Rəyasət Heyətinin üzvləri ilə görüşüb Görüşdə Azərbaycan sahibkarları ilə əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb
Sənaye
3 İyul , 2015 18:35
Azərbaycanın iqtisadiyyat və sənaye naziri SSBK Rəyasət Heyətinin üzvləri ilə görüşüb

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev növbəti iclaslarını keçirmək üçün Bakıda səfərdə olan Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi (SSBK) Rəyasət Heyətinin üzvləri ilə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində SSBK-nin səmərəli fəaliyyət göstərdiyi qeyd edilib, Beynəlxalq Konqresin Azərbaycan sənayeçiləri və sahibkarları ilə əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Diqqətə çatdırılıb ki, son 10 ildə ölkədə ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, xarici ticarət dövriyyəsi 4,3 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 8 dəfə azalaraq 5%-ə, işsizliyin səviyyəsi 4,9%-ə enib. 1995-2014-cü illərdə ölkə iqtisadiyyatına 200 mlrd. ABŞ dolları investisiya qoyulub ki, bunun da 52%-ni daxili investisiyalar təşkil edir.

Bu ilin yanvar-may aylarında 5,3%-lik iqtisadi artıma nail olunub, qeyri-neft sənayesində artım 12% təşkil edib. Hazırda ÜDM-in strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 66%-dir.

Sahibkarlığın inkişafının prioritet əhəmiyyət daşıdığını qeyd edən nazir bu sahədə təkmil qanunvericilik bazasının yaradıldığını, dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin. yaradılması davam etdirilir. Ötən il sahibkarlıq subyektlərinin sayı 614 mini keçib, özəl sektorun ÜDM-də payı 81,9% təşkil edib.

Görüş iştirakçıları ilə Azərbaycan sahibkarları arasında əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi