​İqtisadiyyat və sənaye naziri Masallıda vətəndaşları qəbul edib

​İqtisadiyyat və sənaye naziri Masallıda vətəndaşları qəbul edib Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 33 vətəndaş qəbulu keçirilib
Sənaye
23 Oktyabr , 2015 16:48
​İqtisadiyyat və sənaye naziri Masallıda vətəndaşları qəbul edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Masallıda Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət strukturlarına çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar sənaye, turizm, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kredit ittifaqlarına dəstək göstərilməsi, istehsal və emal sahələrinin yaradılması, kənd məktəbinin və uşaq bağçasının təmiri, kəndin qazlaşdırılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn sahibkarların təklifləri müzakirə edilmiş, sənaye məhsullarının istehsalı, taxılçılıq, heyvandarlıq, kartofçuluq, arıçılıq, meyvəçilik, tikinti materiallarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib. Ümumilikdə, Masallıda keçirilmiş qəbulda 100-ə yaxın vətəndaş müraciət edib.

Qeyd edək ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 33 vətəndaş qəbulu keçirilib, qəbullarda 1800-dən çox vətəndaş müraciət edib.

Son xəbərlər

Orphus sistemi