Bakı. 21 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Masallıda Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) təşkil olunacaq.
Qəbula gəlmək istəyənlər İqtisadiyyat və Sənaye Nazirliyinin
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və “facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.