Yuxarı
    Bağlamaq

    İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb

    Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması müzakirə edilib
    © Economy.gov.az

    Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb. 

    Bu barədə "Report“a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.

    Vurğulanıb ki, plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialı mövcuddur, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejimi istehsal olunan məhsulların region ölkələrinin bazarlara ixrac imkanları yaradır.

    Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.

    Görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi