Yuxarı

İnstitut direktoru: "Azərbaycan bazarında külli miqdarda keyfiyyətsiz sürtkü yağları satılır"

İnstitut direktoru: "Azərbaycan bazarında külli miqdarda keyfiyyətsiz sürtkü yağları satılır"
Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev: Heç kim buna nəzarət etmir
Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev

Bakı. 15 fevral. REPORT.AZ/ "Əvvəl Azərbaycanda 1,2 mln. ton sürtkü yağı istehsal olunub. İndi isə bazarda külli miqdarda kustar üsulla hazırlanmış keyfiyyətsiz yağlar satılır. Heç kim buna nəzarət etmir". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev bildirib.

Onun sözlərinə görə, bu sahəyə nəzarət gücləndirilməlidir: “Azərenerji”nin modul tiplu stansiyalarında “Nutella-40” tipli yağlar istifadə edilir. Biz hələ on il öncə təklif etdik ki, bu yağların tərkibi öyrənilsin və birgə müəssisə yaradılaraq həmin yağlar istehsal edilsin. Bu, "Azərenerji"də qəbul edildi, amma sonra heç bir iş görülmədi”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi