Yuxarı
    Bağlamaq

    İnşaat Konstruksiyaları Zavodunun səhmdarlarının yığıncağı keçiriləcək

    Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı daxildir

    Bakı. 30 dekabr. REPORT.AZ/ Fevralın 13-də, saat 12:00-da “İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumata görə, yığıncaq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Kamil Balakişiyev küçəsi,2 ünvanında olacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı daxildir.

    Xatırladaq ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 370 930 manatdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi