​İlham Əliyev: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir"

​İlham Əliyev: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir" "Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir"
Sənaye
25 Oktyabr , 2015 14:53
​İlham Əliyev: Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində deyib.

“Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”, - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi