“Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq

“Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Cənubi Koreyanın “Hyundai Motor” şirkəti xarici tədarükçülərdən asıllığı azaldmaq üçün çip istehsalına başlayacaq.
Sənaye
14 Oktyabr , 2021 13:03
“Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti xarici tədarükçülərdən asıllığı azaltmaq üçün çip istehsalına başlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin əməliyyat direktoru Xose Munyos deyib.

Onun sözlərinə görə, çip çatışmazlığına görə şirkət istehsalı dayandırmaq məcburiyyətində olub: "Ən pis dövr avqust və sentyabr aylarında idi. Hazırda “Intel”in məhsul buraxılışını artırmağa dair səyləri hesabına vəziyyət yaxşılaşıb. Dördüncü rübdə istehsal həcmi azaldılmayacaq”.

Son xəbərlər

Orphus sistemi