Yuxarı

"Honda" Çindən 95 min avtomobilini geri çağırır

​"Honda" Çindən 95 min avtomobilini geri çağırır

"GACHonda" avtomobil istehsalçısı ("Honda" və Çinin "GuangzhouAutomobileGroup" şirkətlərinin birgə müəssisəsi) təhlükəsizlik yastığında yaranmış problem səbəbindən Çin bazarından 94 min 680 avtomobilini geri çağırır.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, işə düşən zaman təhlükəsizlik yastıqları partlaya bilər ki, bu da sürücü və sərnişinlər üçün təhlükə yarada bilər.

Maşınlar bazar ertəsi, iyulun 22-dən başlayaraq geri çağırılacaq. Bu, 11 noyabr 2002-ci il tarixindən 27 iyun 2015-ci il tarixləri aralığında Çin bazarında buraxılmış "Crosstour", "Fit", "City", "Accord", "OdysseyandEverusS1" və "FitHybrid" modellərinə şamil olacaq.

Avtomobil istehsalçısı nöqsanlı hissələri pulsuz dəyişəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi