Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb

Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.
Sənaye
25 Noyabr , 2022 11:11
Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşıb.

Nazir qeyd edib ki, ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə ("Absheron Trending" MMC, "AR Metiz" MMC və "LV Shipping Caspian" MMC) 115 iş yeri yaradılacaq.

Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi