Gəncədə sənaye parkı yaradıla bilər

Gəncədə sənaye parkı yaradıla bilər Biz hazırda Gəncə şəhərinin ətrafında potensial olaraq sənaye parkının yaradılması məsələsini nəzərdən keçiririk.
Sənaye
28 İyul , 2022 13:16
Gəncədə sənaye parkı yaradıla bilər

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Gəncə şəhərinin ətrafında sənaye parkının yaradılması imkanlarını nəzərdən keçirir.

Bunu "Report"a müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

"Ölkənin digər yerlərində sənaye parklarının yaradılması ilə bağlı məsələyə mütəmadi olaraq baxılır. Amma sənaye parklarının yaradılması çox da asan məsələ deyil. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması bizi çətinliklərlə üzləşdirir. Çünki normal işçi qüvvəsinin tapılması, hazır infrastrukturun olması, sənaye müəssisələrini inşa edən şirkət üçün yaxınlıqda yaşayış massivinin olması mühüm amillərdən biridir”, - o deyib.

Onun sözlərinə görə, Gəncədən başqa digər böyük şəhərlərin də ətrafında sənaye parkları yaradıla bilər: “Lakin bu, hərtərəfli təhlilin məhsulu olmalıdır. Sosial tərəflərin düzgün dəyərləndirilməsi, eyni zamanda sənaye müəssisələrinin buna olan təlabatı araşdırılmalıdır. Hesab edirəm ki, bu mümkündür”.

E.Nuriyevlə müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi